четверг, 26 ноября 2020 г.

🌍🇦🇿Distant tədris fobiyası🔍

 Mövcud pandemiya şəraitində əksər sektorlar öz işlərini distant həyata keçirməyə başladı.İlk başlayanda müəyyən çətinliklər yaransa da,sonralar virtual iş arenası sürətlə genişləndi.Bulud ofisin rahatlığını görən bir çox şirkətlər real ofisdən ümumiyyətlə imtina etdilər.Səbəb olaraq,virtual iş rejimi və rahatlığı ilə real iş rejimi və diskomfortunu müqayisə etmək yetərlidir.Virtual arenada işləmək həm xərclərə,həm də vaxta qənaət deməkdir.Belə ki,real iş zamanı iş öncəsi hazırlığın prosedural siyahısı daha böyükdür və yorucudur.Hər gün tezdən oyanmaq,tələsərək işə yollanmaq,tıxac stresi,nahar fasiləsi,axşam evə dönərkən təkrar tıxac stresi və bu narahat halların periodik yeknəsəkliyi.Virtual iş zamanı işə başlamazdan yarım saat əvvəl oyanmaq kifayətdir ki,vaxtında stressiz ,yüksək motivasiya ilə işə başlayaq.

Bəzən təəssüf edirəm ki,bizdə niyə distant tədrisə keçid bu qədər gecikdi.Təhsil aldığım illəri xatırlayıram,paytaxt şəhərimizdə yerləşən ali təhsil ocağı və hər gün səhərəyaxın saat 4:00-da oyanıb dərsə,16:00-da evimə qayıtmaq üçün nəqliyyat vasitəsinə tələsən mən.Nə qədər zamanımız yollarda məsrəf olurmuş.Halbuki,həmin zamanları daha faydalı işlərə sərf etmək mümkün olardı,əgər o zaman tədris distant olsaydı.Bu baxımdan indiki tələbələrə həsəd aparıram.Bəzən,hayqıraraq: "-İxtiyarınızda olan imkanlardan maksimum istifadə edin" deməyim gəlir.Bu imkanlar günümüzdə hər bir təhsilçi üçün əlçatandır.Artıq məhdud çərçivə yoxdur,geniş virtual arena vardır.Bu, çox şey deməkdir.Bilik bazası zəif olan müəllim,sinfi qapalı tutaraq prosesi məxfi saxlaya bilmir.Onun 2 yolu vardır:ya özünü inkişaf etdirərək günün tələblərinə cavab verən təhsilçi olmalıdır,ya da ....Əksinə,bilik bazası zəngin olan,lakin hansısa səbəblərdən əməyi kölgədə qalan müəllim, idarə etdiyi prosesi olduqca geniş arenada sərgiləyə bilir.Xüsusi proqram təminatlarının köməyilə kimin hansı potensiala malik olduğu anbaan izlənilir.
Diqqət çəkən bir məqam,distant tədrisin əleyhinə yazılar "çağıran" orfoqrafik səhvlərlə yazılmış olur.Bu bir silsilə təsadüfdürmü? Bəlkə,özümüz qarşısında hesabat verək?Bizə konkret nə lazımdır;canlı ünsiyyət,yoxsa keyfiyyətli təhsil?Deyəcəksiniz,əlbəttə keyfiyyətli təhsil istəyirik.O zaman narahat olmayın,elə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü bəndində də məhz bu yer alır.Deməli,bütün Dünya elə biz istəyəni istəyir və bunu distant olaraq;virtual arenada həyata keçirir.Fərqli olmaq istəyirsiniz? -Siz "çağıran" orfoqrafik səhvlərinizlə,artıq fərqlisiniz.
Dəyərli,Ş.Əsgərovun "Təhsil yeganə dəyərdir ki,yenilənməyi sevir" fikri ilə razılaşanlar isə daha fərqlidirlər.
#distantlearning🌍

Комментариев нет:

Отправить комментарий

İngilis dilinin müəllimlər üçün əhəmiyyəti

İngilis dili şübhəsiz ki, müasir dünyamızın lingua francasıdır. O, qlobal ünsiyyət, ticarət və akademik dilə çevrilib. Beləliklə, ingilis d...