воскресенье, 26 марта 2023 г.

Sənin arı dostun

🌍 Innovative Learning Network
icması, 🐝Mr.Bee bal brendi və 🇦🇿MIE Azerbaijan
icmasının birgə təşkilatçılığı ilə keçirilən "Sizin arı dostunuz" şagird müsabiqəsi başlandı.

👫Bu müsabiqəyə dünya üzrə
bütün orta məktəblərində təhsil
alan şagirdlər qatıla bilər.
Müsabiqənin məqsədi arıların
əhəmiyyətini və onların
qorunmasının önəmini qeyd
etməkdir.

🐝Bütün həyatımız qidalı, təmiz hava, təmiz su
və sabit iqlim üçün biomüxtəliflikdən
asılıdır.Yediyimiz təbii qidaların 75%-dən çox
hissəsi tozlanmadan asılıdır. Tozlanma qlobal
qida  təhlükəsizliyini, məhsul istehsalını,
yabanı bitki müxtəlifliyini, ekosistem
tarazlığını, sağlam torpaq, təmiz havanın
davamlılığını təmin edir.

🐝İntensiv əkinçilik, zərərverici pestisidlər,
həddindən artıq çoxluq, şəhərətrafı əkinçilik,
çiçəkli yaşayış yerlərinin azalması, meşələrin
qırılması və iqlim dəyişikliyi tozlandırıcılara -
sizin arı dostunuza dağıdıcı təsir göstərir.

📢 Şagirdlər  Arı dostlarının biomüxtəlifliyə, qida
təhlükəsizliyinə, iqlimin mənfi təsirinin
azaldılmasına və insan rifahına töhfəsini
artırmaq üçün araşdırma edərək tənqidi
təfəkkürlərinin  gücüylə, yeni biliklər əlda etməklə
insanlara çağırış edəcəklər.

🐝Arıların adından insanlara çağırışı hər şagird
öz doğma ana dilində edə biləcək.Arzu edən
şagirdlər təqdimatı ingiliscə yarada bilər.

6-16 yaşlı şagirdlərin iştirak edəcəyi layihə 6 ay davam edəcək.

Daha ətraflı məlumat üçün aşağıdakı keçidi klikləyin:

https://sway.office.com/2Qrwudb4lo1jLzRq?ref=Link&loc=play

#yourbeefriend

Комментариев нет:

Отправить комментарий

İngilis dilinin müəllimlər üçün əhəmiyyəti

İngilis dili şübhəsiz ki, müasir dünyamızın lingua francasıdır. O, qlobal ünsiyyət, ticarət və akademik dilə çevrilib. Beləliklə, ingilis d...